İqtisadiyyat
Kriptovalyutalar yeni sərmayə vasitəsi oldu
Ötən il 6,9 min ABŞ dolları səviyyəsində olub
Dünyada ən geniş yayılan kriptovalyuta olan bitkoin bu günlərdə 19 374 ABŞ dollarına yüksələrək üç ilin ən yüksək həddinə çatdı. Ötən il 6,9 min ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında 20 min ABŞ dolları həddini aşmış bitkoin sonradan 3,2 min ABŞ dollaradək gerilədi.
Hazırda bir çox ekspertlərin qənaətincə indiki vəziyyət üç il əvvəlkindən xeyli fərqləndiyinə görə bitkoinin məzənnəsi daha da arta bilər. Belə ki, “Bloomberg” eksperti Mayk Makqlon bildirib ki, 2021-ci ilin ikinci yarısında da bitkoin 20 min dollarlıq həddi aşsa, bütöv kapital tutumu 1 trilyon ABŞ dollara çata bilər. Aydındır ki, kapital tutumu çox olan kriptovalyutanın məzənnəsi daha sabit olur, yəni az dəyişkəndir. Əksinə, kapital tutumu az olan yeni kriptovalyutaların məzənnəsinə orta treyderlər də təsir edə bilər. Hazırda bitkionin kapital tutumu 327,66 milyard ABŞ dollardır.
Xatırladaq ki, bu ilin mart ayında 9 min ABŞ dolları həddindən cəmi bir neçə günə 5 minədək geriləyən bitkoin sonradan bahalaşmağa başladı. Bu da bir neçə amillə bağlıdır. Ən mühüm amillərdən biri koronavirusdur. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi sabitsizlik şəraitində çoxları üçün bitkoin də qızıl kimi pulların arxayın saxlanc yerinə çevrilir. İqtisadi böhran üzündən bir çox ölkələrdə əlavə emisiya aparıldığı üçün yerli pul vahidləri qiymətdən düşür. Nəticədə faiz dərəcələrinin aşağı düşməsi sərmayədarları yeni yatırım alətləri axtarmağa vadar edir.
Lakin başqa səbəblər də var. Son vaxtlar həm təşkilat, həm də fərdi sərmayədarlar vəsaitlərini kriptovalyutalara yatırmağa başlayıb. Məsələn, “Micro Strategy” şirkəti 425 milyon ABŞ dolları, “Square” şirkəti 50 milyon ABŞ dolları vəsaitini bitkoinə yatırıb. ABŞ-ın “Fidelity İnvestments” holdinqi tərəfindən təsis edilən bitkoin fondu vasitəsilə sərmayədarlar risklərini yumşalda bilir. Noyabrın 11-dən 300 milyondan artıq istifadəçisi olan “PayPal” ödəniş şəbəkəsi də Bitcoin, Etherium, Litecoin, Bitcoin Cash kriptovalyutalarını dəstəkləməyə başladı.
Bütün bunlar bitkoin və s. kriptovalyutalarının maliyyə aktivi kimi özünü doğrultduğuna dəlalət edir. Digər tərəfdən bitkoin “rəqəmli qızıl”dırsa, dünya iqtisadiyyatının dirçəlməsi onun da ucuzlaşması demək olacaq. Belə ki, bir sıra sərmayədarların fikrincə koronavirusa qarşı yeni dərmanlarla bağlı xəbərlər kriptovalyutaların məzənnəsinə təsir göstərə, bəzi dəyərləndirmələrə görə 10-12 min ABŞ dollaradək ucuzlaşmasına gətirib çıxara bilər.
Lakin kriptovalyutalarla bağlı bəzi problemlər var. Belə ki, məsələn, İndoneziya, Pakistan kimi bəzi ölkələrdə kriptovalyutalar qadağan olunub. Bəzi ölkələrdə isə kriptovalyutalar qadağan olunmasa da, sərt nəzarət altındadır. Halbuki kriptovalyutaların istifadəsində anonimlik ən mühüm amillərdəndir. Təbii ki, kriptovalyuta sahibləri qarşısında özlərinə dair məlumat açıqlamaq şərti qoyulsa, sözügedən ödəmə vasitələrə maraq xeyli azala bilər. Hərçənd bəzi ekspertlərə görə bu cür sərt tənzimləmə tədbirləri əksinə, kriptovalyutalar bazarına sərmayəçilərin marağını daha da artıra bilər. Çünki mövcud şəraitdə kriptovalyutalarla bağlı bəzi müəmmalar çoxlarını çəkindirir. Belə ki, 2018-ci ildə 1,7 milyard ABŞ dolları, 2019-cu ildə isə 4,4 milyard ABŞ dolları həcmində müxtəlif kriptovalyutalar dələduzların əlinə keçib. Tənzimləmə tədbirləri isə bu cür halların sayını xeyli azalda, sərmayədarların etimadını artıra bilər. Bununla yanaşı, Çin və bəzi başqa ölkələr öz kriptovalyutalarını təsis etməyi üstün tutur. Bitkoin kimi dünya kriptovalyutalardan fərqli olaraq “rəqəmli yuan” da bir mərkəzdən idarə olunacaq.
Maraqlıdır ki, 2017-ci ildə bitkoin bahalaşarkən kriptovalyutaların mübadilə saytlarında qeydiyyatdan keçənlər də çoxalırkən hazırda belə bir proses gözə dəymir. Yəni bitkoin və s. kriptovalyutalar alanlar artıq onları satmağa tələsmirlər. Bundan hasil olunan qənaət bikoinin orta və uzun müddətli yatırımlar vasitəsi kimi qəbul olunmasıdır ki, kriptovalyutaların maliyyə bazarlarındakı mövqeyinin güclənməsini göstərir.
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged.
Cəmiyyət
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir.
Nays.az "Report"a istinadən xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Siyasət
Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”
“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”.
Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək.
Siyasət
Prezident: Zəngəzur dəhlizi mütləq açılacaq!
Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib.
“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.