BİZİ İZLƏYİN

Foto

İşğalçıları Qarabağdan qovan tanklarımız

"Report" ermənilərin qorxulu kabusuna çevrilmiş HAROP-dan sonra Quru Qoşunlarının əsas döyüş tankları olan T-72 və T-90-ı təqdim edir

Davam edən II Qarabağ savaşında Azərbaycan ordusunun arsenalında olan texnikalarla tanışlığı davam edirik.

"Report" ermənilərin qorxulu kabusuna çevrilmiş HAROP-dan sonra Quru Qoşunlarının əsas döyüş tankları olan T-72 və T-90-ı təqdim edir.

T-72 Aslan sovet istehsalı olan əsas döyüş tankıdır. İstehsalına ilk dəfə 1971-ci ildə başlanıb. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır və istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20 min ədəd bu tankdan istehsal edilib.

Digər SSRİ mənşəli tanklarda olduğu kimi, T-72 tankları da enli, qısa və bəstədir. Bu tanklar hazırda da dünyanın ən yüngül tanklarından biri hesab olunur və hündür ərazilərə dırmanma gücü ağırlığının az olması səbəbiylə çox yüksək səviyyədədir.

Tank gücünü V tipli və dizel yanacağı ilə işləyən 786 at gücü olan mühərrikdən alır. Bu tankın əsas silahı avtomatik olaraq doldurulan 125 mm-lik yivsiz bir tank topudur. Tankın əsas silahının maksimum təsir məsafəsi 9100 metrdir. Maksimum nişan alma mənzili 4000 metrdir. TPD-2-49 optik nişangahın vasitəsilə tank 1000 metr ilə 4000 metr arasında olan hədəfləri nişan ala bilir.

Cəmiyyət

Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir.

Nays.az "Report"a istinadən xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ətraflı

Siyasət

Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”

“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”.

Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək.

Ətraflı

Siyasət

Prezident: Zəngəzur dəhlizi mütləq açılacaq!

Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.

Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlət başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib.

“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Ətraflı
Reklam