Foto
Bakıda daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqları təşkil ediləcək
“Report” xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi əsasında daha 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə müsbət rəy verib”.
“Report” xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, söhbət əsasən paytaxtın Mikayıl Hüseynov, Məhəmməd Hadi, Müzəffər Həsənov, Əhməd Rəcəbli və Abbas Mirzə Şərifzadə küçələri, eləcə də Qara Qarayev, Gəncə və Atatürk prospektlərindən gedir: "Artıq M.Hüseynov küçəsində xüsusi hərəkət zolaqlarının yaradılması ilə bağlı müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə ərazidə avtobus zolaqları ilə bağlı xüsusi nişanlar qoyulacaq. Bundan sonra, zolaqlarla bağlı tələblər qanuni qüvvəyə minmiş hesab olunur”.
“Xüsusi hərəkət zolaqları koronavirus pandemiyası dövründə olduqca əhəmiyyətlidir. Bu, imkan verir ki, avtobusların hərəkət sürəti artsın və sərnişinlər avtobuslarda daha qısa müddətdə səyahət etsinlər. M.Hüseynov küçəsində hərəkət zolağının olması xüsusi əhəmiyyət kəsb edir, çünki bu küçədən şəhərin cənub hissəsindəki yaşayış məntəqələri ilə şəhər mərkəzini əlaqələndirən 6 marşrut xətti keçir. Bu xətlər üzrə avtobuslar axşamlar, pik saatlarda mərkəzi istiqamətində hərəkət edərkən təxminən 6 km\saat sürətlə hərəkət edirdi, intervalda geçikmələr isə 20 dəqiqəyə yaxın olurdu. Lakin hərəkət zolağı tam qüvvəyə minib, işlədikdən sonra səyahət müddəti 20 dəqiqədən 4 dəqiqəyə qədər azalacaq, nəticədə sərnişinlər təkcə bu küçədə vaxtlarına 16 dəqiqə qənaət edəcək. Bundan başqa, metronun “28 May” stansiyasından cənub istiqamətində hərəkət edən sərnişinlərin rahat şəkildə, vaxtında mənzil başına çatdırılmasına imkan yaranacaq”, - M.Ağayev əlavə edib.
Onun sözlərinə görə, qanunun tələblərinə uyğun olaraq zolaqlarda müntəzəm və ekspres xətt avtobusları hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrinin zolaq boyu hərəkəti qadağandır. Ancaq xüsusi, operativ nəqliyyat vasitələri bu zolaqdan istifadəsinə icazə verilir.
İstinad: Report.az
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged.
Cəmiyyət
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir.
Nays.az "Report"a istinadən xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Siyasət
Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”
“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”.
Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək.
Siyasət
Prezident: Zəngəzur dəhlizi mütləq açılacaq!
Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib.
“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.