Siyasət
Ermənilərin Xankəndi xülyası
Erməni politoloq, Ermənistan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan son günlər Azərbaycanın iyun ayınadək Xankəndini tamamilə nəzarətə götürməsi haqda yayılan informasiyalara münasibət bildirib. Bu barədə erməni saytları məlumat yayıb. “Stepanakerti (Xankəndi-red.) tabeliyinə keçirmək üçün Azərbaycan Rusiya Federasiyası ilə müharibəyə girməlidir”- A.İskəndəryan belə deyib. Onun bəyanatının məzmunu aydındır, ruslara arxayınıq deyir. Üstəlik, Bakı ilə Moskvanı həm də üz-üzə qoymağa çalışır və ermənilərə və özünə “qorxma-qorxma” deyir...
Nays.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, ekspertlər də bu bəyanatın pərdəarxası məqamlarının olduğunu bildirirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu erməni tərəfin heç nəyə nail olmayacağını qeyd etdi:
“Ermənilər vəziyyətin ciddiliyini və necə məğlub duruma düşdüklərini get-gedə daha dərindən anlayırlar. Artıq dəqiq əmindirlər ki, uzun illərdir yalançı təbliğatını apardıqları güclü erməni ordusu, mifi yoxdur. Bu mif müzəffər Azərbaycan əsgərinin çəkmələri altında tapdalanıb yox edilib. Ona görə də bir-birinə ”qorxma-qorxma" deməkdən başqa çarələri qalmayıb. Yeganə ümid yeri isə başqa ölkələrdən mədəd ummaqdır. Ancaq bu məsələdə də yeni reallığı gerçək əsaslarda nəzərə ala bilmirlər. Artıq regionda onları əvvəlki kimi bütün vasitələrlə dəstəkləyəcək ənənəvi müttəfiqləri yoxdur. Onun əvəzinə, yeni geostrateji reallığı rasional əsaslarda qiymətləndirməyi bacaran və Azərbaycanla yaxşı əlaqələr qurmaqda maraqlı olan fərqli bir ölkə var.Və İskəndəryanın düşündüyü kimi bundan sonra Azərbaycanı hansısa ölkə ilə hədələmək, yaxud qarşı-qarşıya qoymaq mümkün deyil. Çünki geostrateji güc balansı kardinal şəkildə dəyişməkdədir və bu prosesdə Azərbaycan özü güc mərkəzinə çevrilir, indidən şərtləri diktə edir. Xankəndinə nəzarət məsələsinə gəldikdə isə ermənilər bu mövzunu əsla spekuliyasiya predmetinə çevirə bilməyəcəklər. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Xankəndi də daxil olmaqla, qısa müddətdə erməni icmasının kompakt yaşadığı bütün digər ərazilərdə öz suveren hüquqlarını tam bərpa edəcək".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu fikirlərin erməni hökumətinin mövqeyini əks etdirdiyini düşünür:
“İskəndəryan hay-küyçü, o qədər də ciddi yanaşılmayan ”xadimlər"dəndir. Daha çox dələduzluğu, “moşennikliyi” ilə tanınır. Amma hər halda, onun dedyi bu fikirlər ermənilərin xeyli hissəsinin, o cümlədən Ermənistan rəhbərliyinin mövqeyini əks etdirir. Onlar məğlub olduqlarını, heç bir halda müqavimət göstərə bilməyəcəklərini, Azərbaycanın qarşısında çox aciz olduqlarını başa düşür və çıxış yolunu Rusiyada görürlər. Ermənilər Rusiyanın regionda uzun müddətə qalmasında maraqlıdırlar. Rusiya da Dağlıq Qarabağa xoş niyyətli missiya ilə gəlməyib, müəyyən məkrli niyyətləri vardır. Rusiya bu ərazilərdə möhkəmlənib qalmaq istəyəcəkdir. Bunu bilməli və addımlarımızda nəzərə almalıyıq. Ermənilər bunu bilir və yaralanmağa çalışırlar. O cümlədən bizi Rusiya ilə üz-üzə qoymağa, qarşıdurma yaratmağa çalışırlar ki, öz məqsədləri üçün bəhrələnsinlər. Biz ermənilərin bu niyyətlərinə çatmasına imkan verməməli, düzgün siyasət yeritməliyik. Bunun üçün 10 noyabr formatını qabartmalı, onun arxa plana keçirilməsinə, yeni formatın ortaya gətirilməsinə və Minsk Qrupu kimi ölü formatın dirildilməsinə yol verməməliyik. Türkiyə-Azərbaycan-Rusiya oxu formalaşıb. Bu ox və əməkdaşlıq ittifaqı hər üç tərəf üçün sərfəlidir. Düşmənlərimiz bu ittifaqı pozmaq üçün əllərindən gələni edirlər. Daxilimizdəki bəzi qüvvələr başadüşməzliklərindən, bəziləri sifariş yerinə yetirrərək bu oyunlarda, fitnəkarlıqlarda iştirak edirlər. Hər kəs anlamlıdır ki, indiki mərhələdə bizim siyasi xəttimiz Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə, bu prosesin dönməz xarakter almasına nail olmaqdan ibarətdir. Yalançı şüarbazlıqdan qaçmaq lazımdır. Hadisələrin gedişi də bizim xeyrimizədir. Hədəf Xankəndidir. O hədəfə doğru da gedirik. Ermənilər müqavimət göstərməyə çalışırlar. Amma müqavimətləri əbəsdir. Artıq iş-işdən keçib, planlar qurulub, sel kimi hərəkət başlayıb. Bu selin, Azərbaycan adında lokomotivin qarşısında heç kim, heç nə dayana bilməz".
![]()
Mikael Minasyan
Yeri gəlmişkən, Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan Qarabağdan qayıdan dostunun ona yazdığı məktubu özünün Facebook səhifəsində yerləşdirib. Məktubda Mikaelin dostu yazır ki, təəssüratları çox ağırdır və əgər gördüklərini qısaca ümumiləşdirsə, Qarabağın ermənilər üçün birdəfəlik itirildiyini deyə bilər. Minasyan bildirir ki, həmin dostu Qarabağda müharibədə döyüşmüş tanışına baş çəkmək üçün getmişdi. "Mən ona vərdiş etmişdim ki, orada sadə adamlar hələ müharibədən əvvəl də Rusiyaya dua edirdilər, indi isə mən ora gedəndə düşünürdüm ki, onlara ümidverici nəsə deyim, amma mənə elə gəlir ki, müharibəni uduzduğumuzu desəm bununla necə də olsa şirin tüpürcək tüpürmüş olaram, hesab elə ki, ora artıq Rusiyadır", - Mikaelin dostu yazır. (Virtualaz.org)
Daha sonra həmin adam bildirir ki, Qarabağda (yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində) tam ümidsizlik və acizlik hökm sürür. Laçın dəhlizi ilə hərəkət edəndə ona ancaq postlarda maşını saxlamaq, maşından düşməmək tapşırılıb. Şuşanın yaxınlığında isə ermənilər Azərbaycan Ordusunun postunun yanından ötüb keçirlər.
Müharibədə darmadağın edilən qondarma “dqr müdafiə ordusu”undakı vəziyyət də acınacaqlıdır.
“Mənim əsgər yoldaşım ordudan tərxis olunduqdan sonra 3 illik müqavilə ilə yenidən orduya yazılıb. Çünki başqa iş yoxdur. Əsgər yoldaşlarım deyirlər ki, hərbi xidmət faktiki olaraq yoxdur, hamı vaxt öldürür, döyüş vəzifələri daha yoxdur. Zabitləri məktəblilər kimi gündə bir neçə dəfə sıraya düzüb yoxlayırlar ki, görsünlər hamı yerindədir, yoxsa öz işlərinin dalınca gediblər. Müharibədə əldə saxladıqları postları bir güllə də atılmadan təhvil veriblər, indi yeni postlar qururlar, amma tənbəlcəsinə, nömrə gəlməklə”, - Qarabağdan qayıdan erməni yazır.
Həmin şəxs bildirir ki, Xankəndindən Ermənistana gediş-gəliş də kəskin azalıb, yolda ara-sıra maşınlar görünür. Ağdərənin Vəng kəndindəki hoteldə isə məktub müəllifindən başqa heç kim olmayıb. Restoranlarda menyü təqdim etmirlər, adətən ərzağı ancaq müştəri gələndən və sifariş götürəndən sonra alıb gətirirlər.
“Qısaca desəm, təəssürat belədir ki, Qarabağ bizim üçün birdəfəlik itirilib”, - Mikaelin dostu ona yazır.
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged.
Cəmiyyət
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir.

Nays.az "Report"a istinadən xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”
“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”.

Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək.
Siyasət
Prezident: Zəngəzur dəhlizi mütləq açılacaq!
Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.

Nays.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib.
“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir
Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”
Prezident: Zəngəzur dəhlizi mütləq açılacaq!
"Mən məktəbdə oxuyanda da pul yığılırdı" - Emin Əmrullayev
Status yoxdur və hər kəs bu məsələni unutmalıdır - Prezident
Ərdoğan-Putin görüşü barədə önəmli açıqlama - "Bundan sonra İdlibdə..."
Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək
Əlcəzair Fransadakı səfirini geri çağırıb.
Bakı, Ankara, Tehran, Moskva razılığa gəldi: bəs İrəvan?
-
Siyasət04 July 2021, 09:02İlham Əliyev: "ABŞ-la ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur"
-
Siyasət20 June 2021, 14:48Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb...”
-
Siyasət20 June 2021, 14:41Odessada “Azərbaycan Evi” açılıb
-
Siyasət10 May 2021, 11:23Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.
-
Siyasət10 May 2021, 11:12Dünyanı lərzəyə gətirən türk PUA-ları - 5-ci nəsil...
-
Siyasət10 May 2021, 11:01Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib.
-
Siyasət10 May 2021, 10:52Türklərlə düşmən münasibətlər idarə olunmalıdır.
-
Siyasət11 March 2021, 22:08Bakı niyə bu addımı atdı? Çünki İlham Əliyev... - Kalaşnikov