BİZİ İZLƏYİN

Siyasət

“Türk ordusunu gördüyüm zaman oğlumu qurban verəcəyəm!” - Xatirə

Krım türkləri ilə Azərbaycan türkləri arasındakı münasibətlərin təməlini təşkil edən bağlardan biri də dövrün siyasi liderlərinin əlaqələri və dostluqlarıdır.

Çar Rusiyasının müstəmləkəsi altında yaşamaqla ortaq qədəri bölüşən türk xalqlarının milli mücadilə dövrü də eyni zamana təsadüf etdiyi üçün tale onları mühacirət həyatında da bir araya gətirmişdi.

Bu güclü dostluq əlaqələrini qoruyanlardan biri də Krımın önəmli siyasi xadimlərindən Cəfər Seydahməd Krımər idi. Ömrünün böyük hissəsini mühacirətdə Krımın azadlığı uğrunda mübarizədə keçirən Cəfər bəy azərbaycanlı siyasi liderlərdən Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Mustafa Vəkilli və digərləri ilə dostluq münasibətində olub. Buna görə də Krımər həm xatirələrində, həm də gündəliklərində azərbaycanlı liderlərlə olan münasibətlərinə toxunub.

Bir mücahidin ömür yolu

Cəfər Seydahməd Krımər 1889-cu il sentyabrın 1-də Krım civarında yerləşən Kızıltaş adlı kənddə doğulub. İbtidai təhsilini Krımda aldıqdan sonra atası Cəfər bəyi İstanbula gətirib, burada Numunəyi-Tərəqqi məktəbinə yazdırıb. Orta təhsilini də bu məktəbdə alan Cəfər bəy 1910-cu ildə İstanbul sultanisini də tamamlayaraq Krıma qayıdıb. Bu dövrdə siyasi proseslərə qatılan Cəfər bəy tanınmış krımlı siyasətçi Çelebi Cihanla birlikdə Krım uğrunda mübarizəyə başlayıb, 1908-ci ildə İstanbulda yaradılan Krım Tələbə Cəmiyyətinin qurucularından olub. Bir il sonra isə gizli təşkilat olan Vətən Cəmiyyətini yaradıblar. Cəfər bəy həmin il Krımdan İstanbula gələn İsmayıl bəy Qaspıralını qarşılayan gənclər arasında yer alıb.

Həsən Səbri, Yusuf Akçura kimi fikir adamlarından bəhrələnən Cəfər bəy 1910-cu ildə İstanbul Universitetinin hüquq fakultəsinə daxil olub. İstanbulda Şahab Nezihi imzası ilə çap etdirdiyi “İyirminci əsrdə tatar milləti məzluməsi” adlı əsərinin həyatına təhlükə yaratdığını görərək dostlarının köməkliyi ilə 1911-ci il aprelin 10-da Parisə qaçıb, burada Sorbon universitetinin hüquq fakultəsinə daxil olub.

I Dünya müharibəsi başladığı zaman Krıma qayıdan Cəfər bəy Çelebi Cihanla birlikdə inqilabçı gizli təşkilat yaradıblar. Təhsilini tamamlamaq məqsədilə 1916-cı ildə Peterburq Hüquq fakultəsinin son sinfinə daxil olub. Ardınca rus ordusunda hərbi xidmətə çağırılıb, Bessarabiyaya göndərilib.

1917-ci il inqilabı nəticəsində dağılan Çar ordusundan icazə adı ilə ayrılan Cəfər bəy təkrar Krıma gəlib, burada yenidən təşkilatlanma daxilində fəaliyyət göstərib. Artıq Çar Rusiyasının dağılmaqda olduğunu görən Krımər və dostları Rusiyanın federasiyalara bölünməsini dəstəkləyən inqilabçı sosialistlərlə birlikdə muxtariyyət tələbi ilə çıxış ediblər. Bu məqsədlə 1917-ci il martın 20-də Ağməsciddə Krımın bütün şəhər, qəsəbə və kəndlərindən gələn 1500 xalq nümayəndəsinin iştirakı ilə qurultay keçirilib, 45 nəfərlik Krım Müsəlmanları İcraiyyə Komitəsi yaradılıb.

Çar Rusiyasının müstəmləkəsi altında olan müsəlman xalqlarının əksəriyyəti də eyni tələbləri irəli sürdüyünə görə, 1917-ci ilin may ayında Moksvada Rusiya Müsəlmanları Qurultayı keçirilib, Krım heyətinə Cəfər bəy rəhbərlik edib.

Krım Müsəlmanları İcraiyyə Komitəsi Rusiyadakı daxili siyasi prosesləri təqib edərək nəticədə 1917-ci ilin 26 noyabrında qurultay keçirilməsini təşkil edib. Həmin gün 76 nümayəndənin iştirakı ilə Bağçasaraydakı Xan sarayında qurultay baş tutub, Çelebi Cihan, Cəfər Seydahməd, Əbdülhakim Hilmi və Şəfiqə Qaspıralı divan sədrliyinə seçiliblər.

Qurultay dekabrın 13-də Konstitusiya elan edib və ana qanunun 16-cı maddəsi ilə Krım Xalq Cümhuriyyəti yaradılıb. Qurultay üzvləri parlamenti təşkil ediblər, Çelebi Cihan isə parlamentin icra orqanının sədri seçilib. Parlamentin qəbul etdiyi hökumətdə Cəfər Seydahməd Krımər xarici işlər naziri və hərbiyyə müdiri (naziri) təyin olunub.

Lakin Krım Cümhuriyyətinin ömrü qısa çəkib, ruslarla mücadilədə Çelebi Cihan şəhid olub. Ruslara qarşı mücadiləni davam etdirmək məqsədilə Krımər Qafqaz üzərindən Türkiyəyə gəlib. Almanların Krımı geri almasından sonra Cəfər bəy yenidən Krıma qayıdıb, general Süleyman Sulkeviçin rəhbərliyində qurulan yeni hökumətdə xariciyyə vəkili olub. 1918-ci ildə almanların məğlubiyyətindən sonra Krım bu dəfə general Denikin və Vrangel tərəfindən ələ keçirilib, Sulkeviç hökuməti süqut edib. Artıq Türkiyədə də qala bilməyən Krımər 1920-ci ildə Krım bolşeviklər tərəfindən işğal edildikdən sonra siyasi fəaliyyətinə Avropada davam edib. Türkiyə, Polşa, Rumıniya kimi ölkələrdə Krımın azadlığı uğrunda mübarizə aparan Cəfər bəy 1960-cı ilin aprelin 3-də İstanbulda vəfat edib.

Azərbaycana gəliş

“O gün atamın ölüm xəbərini alsaydım, hər halda bu qədər iztirab çəkməzdim. Hər tərəfdə hər an Çələbi Cihanı görürdüm”.

Xatirələrində həmin günü belə xatırlayan Cəfər bəy bu hadisədən sonra Qafqaza getməyi qərara alıb. Temirxanşura şəhərindən vapurla Bakıya gələn Cəfər bəy şəhərdə kiçik bir müsəlman hotelinə yerləşib. Bakıya gəldiyi ilk günü xatirələrində bu şəkildə qeyd edib:

“Sabah qalxan kimi hotelin yerləşdiyi küçənin qarşısındakı küçədə bir kitabçı dükanı tapdım. Azəri şairimiz Cavidin bir-iki əsərini və “Açıq söz” qəzetini aldım. Dükançı mənə “Açıq söz”ün idarəxanasına haradan gedə biləcəyimi anlatdı. Məqsədim bir an əvvəl Moskva Müsəlman Qurultayında tanıdığım Məhəmmədəmin Rəsulzadə bəyi ziyarətdi. İdarəxananı asan tapdım. Bir-iki pilləkanla enərək alçaq tavanlı bir otağa girdim. Sadə bir yazı masasının arxasında mənim yaşıdım olan bir gənc oturmuşdu. Qarşısında da Krım və Qafqazda olmayan bir şəkildə geyinmiş sarıqlı bir adam vardı. Gəncə Əmin bəyi görmək istədiyimi söylədim. O, cavab vermədən öncə kim olduğumu soruşdu. Adımı bildirincə gülməyə başladı və qarşısındakı adama baxdı... O da mənə olduqca hiddətli və sərt bir səslə və Türküstan şivəsi ilə “Utanmırsınız... Bəziləri “Ənvər paşayam” deyərək yalançılıq edir... Siz də şəhid olmuş bir adamın adını istifadə etməkdən utanmırsınız. Bu eyibdir, günahdır... Bizim Türküstanda, Daşkənddə çıxan “Uluğ Türküstan” qəzeti Cəfər Seydahmədin necə şəhid olduğunu yazdı və biz məscidlərdə onun üçün dualar oxuduq” dedi. Adı Məhəmmədəli olan qəzetin gənc idarə məmuru da bu sözləri təsdiq etdi və “Açıq söz”də də bu xəbərin yayınlanmış olduğunu söylədi”.

Xatirələrdən aydın olur ki, Türküstan və Azərbaycanda Çelebi Cihanla birlikdə Cəfər bəyin də bolşeviklər tərəfindən öldürülməsi xəbəri dolaşıb. Nəhayət, Cəfər bəy onu tanıyan Mustafa Vəkilli ilə qarşılaşıb: “Məhəmmədəmin bəyin Tiflisdə olduğunu öyrəndim. Təəssüf ki, o dövrlərdə azəri qardaşlarımızdan tanıdıqlarım az idi. İstanbulda tanıdığım Nəsib bəy Yusifbəylidən başqa Kiyev qurultayında tanıdığım Mustafa Vəkilli qardaşımın Bakıda olub-olmadığını soruşdum. Şəhərdə olduğunu dedilər və evini tərif etdilər. Sabahın erkən saatlarında onu evinin açıq yaşıl pilləkanından enərkən gördüm. Gənc, dinc, qırmızı çöhrəli, canlı gözlü, dinamik və enerjili halıyla ayağında çəkmələri enməkdə olan Mustafa bəy məni görən kimi dayandı və dərhal tanıdı. Artıq özümü tanıtmağım məsələsi həll edildi”.

Mustafa bəy Cəfər bəyi Bakı Cəmiyyəti-Xeyriyyəsinə aparıb, əmisinin evində müsafir edib, Müsavat firqəsinin məşhur üzvləri ilə tanış edib. Azərbaycanlıların istəyi və izdihamı ilə Cəfər bəy İsmailiyyə binasında Krımda baş verən hadisələrdən danışıb, olayları geniş şəkildə izah edib. Cəfər bəy həmin vaxt Bakıda Nəsir bəy Aşurbəylinin müsafiri olan türkiyəli siyasətçi Ruşəni bəyin vasitəsilə Türkiyəyə getməyin yolları haqqında məlumat alıb. Qurd qapısından qolunda “Müsavat” yazılı qurdələ ilə qatara mindirilərək yola salınıb. Gəncədə Nəsib bəy Yusifbəylinin qardaşı ilə görüşən Cəfər bəy xalqın türk ordusunun yolunu gözlədiyini, hətta “türk ordusunu gördüyüm zaman oğlumu qurban verəcəyəm!” deyən kəndliləri şəxsən gördüyünü qeyd edib.

Tiflisdə

Gəncədən Tiflisə keçən Cəfər bəy Şeytanbazarda bir müsəlman hotelinə yerləşib. Seym binasına gedərək Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və Sultan bəy Sultanov, Cəfər Cəfərovla görüşüb: “Sultanov mənə Ərdəhan qaçqınlarından olduğumu bildirən möhürlü vəsiqə verdi. Artıq yeni bir kimliklə daha əmin olaraq səyahət edə biləcəkdim. Nəsib bəy, Fətəli xan və ailələri ilə Seymdən çox uzaq olmayan bir lokantada yemək yedik, saatlarla onlarla dərdləşdik. Əmin bəy Rəsulzadənin Batuma hərəkət etdiyini və Trabzonda toplanacaq sülh konfransına gedən Qafqaz heyəti ilə olduğunu öyrəndim. Təcili yetişərək eyni vapurda getməyi diləsəm də, bundan gürcülərin arzuedilməz mənalar çıxara biləcəklərini söyləyərək bu təklifimi qəbul etmədilər”.

Batumda Azərbaycan konsulu Doktor Əfəndiyevlə görüşən Cəfər bəy onun yardımı ilə Trabzona yola düşüb.

Rəsulzadə ilə görüş

Cəfər bəy, nəhayət, Rəsulzadə ilə Trabzonda görüşə bilib: “Eyni gün Azərbaycan mürəxxəs heyətindən tanıdığım Rəsulzadə Məhəmmədəmin bəyi ziyarət etdim və onun dəlaləti ilə digər üzvlərlə də tanış oldum. Onlardan xüsusilə Miryaqub Mehdi ilə aramızda dərhal qarşılıqlı dostluq yarandı və Trabzonda bir-birimizdən ayrılmadıq. O zamanlar özü İttihadi İslam partiyasındandı.

Bu partiyanın başında olan Qarabəyli haqqında mən haqlı-haqsız xeyli mənfi şeylər eşitmişdim. Bu səbəblə və partiyaların çoxlu demaqogiya etməsi və Rusiya ilə olacaq münasibətdə çox da açıq olmamalarından dolayı mənim Miryaqubun partiyasına simpatiyam yoxdu. Mən müsavatçılara tərəfdardım. Azərbaycan heyətinin Rəsulzadə Əmin bəydən başqa digər üzvləri, bəlkə, gürcüləri çox şübhələndirməmək üçün mənimlə təmasdan çəkinirdilər”.

Gündəlikdəki qeydlər

Cəfər bəyin gündəliyində bir neçə yerdə Rəsulzadə haqqında qeydlər mövcuddur. Gündəliyindəki 5 mart 1955 tarixli qeyddə yazıb: “Kielçinskidən Əmin Rəsulzadənin Gülhane xəstəxanasına yatırıldığı xəbərini aldım. Dərhal İbrahimə zəng edərək təcili şəfalar diləyərək Əmin bəyin adresinə teleqram göndərdim”. 7 mart tarixli qeyddə isə belə yazıb: “Bu sabah Kielçinskidən Əmin bəyin dünən axşam vəfat etdiyi xəbərini aldım. Azərilərdən Səlim bəy də zəng etdi. İbrahimə telefonla rəfiqəsi Leyla xanıma, əmizadəsi Məhəmmədəli bəyə və azəri qardaşlara teleqramlar göndərtdim”.

Cəfər bəyin Rəsulzadə ilə yanaşı digər azərbaycanlı mühacirlərlə də münasibəti olub. Rəsulzadənin vəfatından sonra mühacir qrupları barışdırmaq və ixtilafları aradanqaldırmaq üçün cəhdlər göstərib. Gündəliyindəki 29 avqust 1955 tarixli qeydində Mustafa Vəkilli, Əbdülvahab Yurdsevər, Mirzəbala Məhəmmədzadə, Məhəmmədsadıq Aran kimi şəxsləri bir araya gətirərək ortaq qərarlar aldıqlarını yazıb. 19 sentyabr 1957-ci il tarixli qeydində isə Əlimərdan bəyin oğlu Ələkbər Topçubaşına atasının xatirələrini dərc etməsini və Amerikadakı Hoower kitabxanasına göndərməsini tövsiyə etdiyini bildirib. Eləcə də mühacir şairlərdən Əli Volkan, mühərrir Əli Azərtəkin, Cümhuriyyət zabitlərindən Əjdər Qurtulan, əslən Şəkidən olan general Nuri Berköz paşayla bağlı maraqlı qeydləri mövcuddur.

Türkiyəli tədqiqatçı Ömər Özcanın arxivində isə Mustafa Vəkillinin Krımərə göndərdiyi məktublar mövcuddur.


Müəllif: Dilqəm Əhməd

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged.

Cəmiyyət

"Mən məktəbdə oxuyanda da pul yığılırdı" - Emin Əmrullayev

Nays.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, məktəblərdə qanun pozuntusu qaydalara əməl edilmədiyi zaman olur: "Mən yeni təyin olunduğum zaman məktəblərdə "fandreyzinq sistemi"nin tətbiqini təklif etdim. Lakin bir çoxları bildirdi ki, yeni nazir müasir təhsil sisteminin ardında gizlənərək pul toplayır.

Əgər yığımlar varsa, deməli, məktəbə resurs gəlmir. Hər manatın öz dəyəri var. Bu işlər valideyn-müəllim razılığı əsasında təyin olunmalıdır. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur".

Nazir bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir".

Ətraflı

Siyasət

Status yoxdur və hər kəs bu məsələni unutmalıdır - Prezident

Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir. Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur.

Nays.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

"Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə "Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan "qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır", - Prezident vurğulayıb.

Ətraflı

Siyasət

Ərdoğan-Putin görüşü barədə önəmli açıqlama - "Bundan sonra İdlibdə..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən sonra bütün nəzərlərin yönəldiyi İdliblə bağlı məsələyə aydınlıq gətirilib.

Nays.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə Tilli Müdafiə Nazirliyi təhlükəsizlik mənbələri müşahidə məntəqələrində heç bir dəyişikliyin olmadığını və patrul xidmətinin yenidən Rusiya ilə həyata keçirilməsi üçün danışıqların davam etdiyini açıqlayıb.

Məlumata görə, Ərdoğan və Putin martın 5-də əldə edilən razılaşmaya sadiq qalacaqlarını bildiriblər, o tarixdən bəri 400 min suriyalının geri qayıdıb. Türkiyənin saziş çərçivəsində İdlibfə üzərinə düşən vəzifələri yerinə yetirdiyi vurğulanıb.

Ətraflı

Siyasət

Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir.

Nays.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.

Açıqlamada deyilir: "Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq".

Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir:

"Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".

Ətraflı

Trending